EN

Lukaşenko: "Azərbaycan üçün əlimizdən gələni edəcəyik"

"Bizim şəxsi münasibətlərimiz (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur) dövlətlərarası münasibətlərə də sirayət edib. Bu da öz növbəsində bizim münasibətlərimizin səviyyəsinə töhfə verir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Əli Əsədovu Minsk şəhərində qəbul edərkən deyib.

"Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bu günə qədər belə olub. Bundan sonra da belə olacaq. Əminəm ki, Azərbaycan da bizim üçün əlindən gələni edir və edəcək", - deyə Belarus prezidenti vurğulayıb.

Bizim.Media

Chosen
13
bizim.media

1Sources