"Liverpul"un çalışdırıcısı Arne Slot adını klub tarixinə yazdırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis rekorda imza atıb. 

Dünən Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda mersisaydlılar "Bolonya"nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə Arne Slotun rəhbərliyində 8-ci qələbəsini qazanıb. Bunlardan 5-i Premyer Liqada, 2-i Çempionlar Liqasında, 1-i isə Liqa Kubokunda baş verib.

45 yaşlı mütəxəssis "Liverpul" tarixində 9 oyunun 8-də qələbə qazanan ilk məşqçi olub.