EN

COP29-da iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq

"100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri COP29-da açıqlanacaq".

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, INTOSAI-a hazırda sədrlik edən Braziliya Ali Audit Orqanı (AAO) işçi qrup ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsə başlayıb.

"İqlim Skaneri aləti 100-dən çox AAO tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin qiymətləndirilməsini nəzərdə tutur. Hazırkı tarixə müxtəlif AAO-lar, o cümlədən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib", - Hesablama Palatasının sədri qeyd edib.

Vüqar Gülməmmədov əlavə edib ki, qeyd olunan məsələdən irəli gələrək COP29 çərçivəsində 14 noyabr tarixində Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə "Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? - İqlim Skaneri qiymətləndirməsinin nəticələri" adlı tədbir keçiriləcək. Tədbirin beynəlxalq qurumlar, hökumət, parlament təmsilçiləri ilə yanaşı, bu sahədə böyük audit təcrübəsinə malik bəzi xarici ölkələrin AAO-larının nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Chosen
10
3
avtosfer.az

4Sources