EN

Əhalinin neçə faizi ortaq türk əlifbasının yaradılmasını dəstəkləyir? - SORĞU

Ölkə əhalisinin 84,3%-i Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub.

Sosial Tədqiqatlar Mərkəzi bu barədə Azərbaycan ictimaiyyətinin fikrini öyrənmək məqsədilə rəy sorğusu keçirib. Sorğuda iştirak edənlərin 84,3%-i “Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyirsinizmi?” sualına müsbət cavab verərək, bu təşəbbüsü dəstəklədiyini, 13,4%-i dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, ortaq əlifbanın yaradılması təşəbbüsü dil və yazı birliyi ilə yanaşı, türk dövlətləri arasında mədəni və təhsil mübadiləsini genişləndirmək, qütbləşən dünyada inteqrasiya və əməkdaşlığı sürətləndirmək, nəhayət dildə, fikirdə, əməldə birliyi gücləndirmək kimi mühüm hədəflərə xidmət edir.



Surxay Atakişiyev, Bizim.Media

Chosen
3
7
bizim.media

8Sources