EN

Azərbaycan 59 milyon dollarlıq fındıq satdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 59,2 milyon dollar dəyərində 9,6 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 2.72% təşkil edib.

 

Gözəl Həşimova

Chosen
20
iqtisadiyyat.az

1Sources