EN

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu — FOTOLAR

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Demokrat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov



Fotoda Cəfər Mustafayev

Chosen
11
28
demokrat.az

10Sources