EN

Bakıda Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir

Bakıda

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İşçi Qrupun toplantısına ev sahibliyinin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, eyni zamanda, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçirilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində “Fəlakətlərə hazırlığın dəstəklənməsi”, “Ekstremal hadisələri başa düşmək, uyğunlaşmaq və təsirin azaldılması ilə bağlı fikirlər”, “Səhralaşma, meşə və çöl yanğınları ilə mübarizədə əlaqələndirilmiş audit”, “Milli parklarda yanğından mühafizə” və digər mövzularda müzakirələr aparılır.

Tədbir iki gün davam edəcək.

 

Chosen
12
azertag.az

1Sources