EN

Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə qoşulur

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

Sportnet.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın iki idmançısı tatami üzərinə çıxacaq.

73 kq-da gənclər arasında hazırkı dünya çempionu Vüsal Qələndərzadə mübarizəyə ikinci mərhələdən başlayacaq. O, Kemal Ovezdurdıyev (Türkmənistan) - Anton Dubovik (IJF) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında isə 57 kq-da Fidan Əlizadə qüvvəsini sınayacaq. O da mübarizəyə ikinci mərhələdən qoşulacaq. Cüdoçumuz Nino Tsiklauri (Gürcüstan) – Şarlott Cenman (Böyük Britaniya) cütünün qalibini gözləyir.

İlk gündən sonra komandamızın hesabında medal yoxdur. Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc uğrunda görüşdə məğlub olublar.


Chosen
5
3
sportnet.az

5Sources