EN

“Aqroservis” cərimələndi

“Aqroservis” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 428.5-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Aqroservis” MMC müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə cərimələnəəcək.
Maddəyə əsasən, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 9 oktyabr tarixində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Aqrolizinq”2004-cü il 23 oktyabr tarixində yaradılıb. 2009-cu ildən “Aqrolizinq” Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilib. 2020-ci il 17 avqust tarixindən etibarən isə cəmiyyətin adı dəyişdirilərək “Aqroservis” adlandırılıb.
“Aqroservis”in İdarə Heyətinin sədri Mehman Veysəlovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar İxtiayqızı

Chosen
10
tribunainfo.az

1Sources