EN

Türkiyədə gənc qadının 12 gün dayanmadan asqırmasının səbəbi tapıldı - VİDEO

Türkiyənin Batman şəhərində 12 gün davyanmadan asqıran qadının narahatlığının səbəbi bəlli olub.

Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmalar nəticəsində 24 yaşlı Bənazir Aydının başına gələn hadisəsin tibb tarixində nadir olduğu üzə çıxıb.

Nevroloq Sevda Sarıkaya davamlı asqırma xəstəliyinin infeksiyadan sonra inkişaf edə biləcəyini söyləyib.

"Bu, infeksiyadan sonra yaranan nevroloji sindromdur. Çox, çox nadir hallarda rast gəlinir. 2015-ci ildə Texasda bir uşağın başına gəlib və ona PANDAS diaqnozu qoyulub. Hərtərəfli araşdırılmalıdır, çox öyrədəci haldır.

Qeyd edək ki, 24 yaşlı 2 uşaq anası B.Aydın 12 gün dayanmadan asqırıb. Ailəsi gənc qadını xəstəxanaya aparsa da, bir faydası olmayıb. Qohumları yaranmış vəziyyətə görə, B.Aydının yeyib-içməkdən kəsildiyini və yuxusuz qaldığını bildirib.

Sonda gənc qadına narkoz verərək onu yatdırıblar. Yuxudan ayıldıqdan sonra onun asqırmağı keçib.

Səhiyyə Nazirliyi qeyri-adi tibb hadisəsinin səbəbini araşdırmağa başlamışdı.

Billurə Yunus

Chosen
5
1
azreform.info

2Sources