EN

İran bütün uçuşları bərpa edib

Bakı. Trend:

İranda uçuşların təhlükəsizliyi ilə əlaqədar tətbiq olunanməhdudiyyətin aradan qaldırılması ilə ölkə səmasında uçuşlar bərpaolunub.

Trend-in məlumatına görə, bunu İranın Mülki AviasiyaTəşkilatının sözçüsü Cəfər Yazərlu deyib.

Onun sözlərinə görə, bütün hava yolları şirkətləri bu gün yerlivaxtla 05:00-dan etibarən uçuşları həyata keçirməyəbaşlayıblar.

Yazərlu bildirib ki, sərnişinlər aeroportlara getməzdən öncə,uçuşla əlaqədar hava yolları şirkətləri ilə əlaqə saxlayabilərlər.

Əlavə edək ki, İranın Mülki Aviasiya Təşkilatı 1 oktyabrdan 3oktyabr 05:00-dək İran səmasında uçuşların ləğv edildiyini elanedib.
Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistikraket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlikrəsmi məmulat yoxdur.

Chosen
13
2
az.trend.az

3Sources