Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.BUTA.TVReport-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Gülnar Ərşad qızı Qasımova, həyat yoldaşı Ayaz İmamqulu oğlu Qasımov tərəfindən bıçaqlanıb. Kişi daha sonra özünə xəsarət yetirib. Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.