EN

Maşından düşüb motosiklet sürücüsünü qorxuya salan şəxs kimdir? - 77-GY-888 - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Azərbaycan prospektində baş verib.

Belə ki, 77-GY-888 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü svetoforun qarşısında dayanarkən qəfildən qapını açıb. Bu zaman görüntünü qeydə alan motosiklet sürücüsü təhlükə ilə üz-üzə qalıb.

Qayda pozduğuna görə üzrxahlıq etmək əvəzinə, sanki belə olmalı imiş kimi vecsiz davranaraq avtomobilin digər tərəfinə keçib. Daha sonra yenidən sükan arxasına qayıdaraq yoluna avam edib.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

Sözügedən videonu təqdim edirik:

 

 

Fərid

Chosen
9
avtosfer.az

1Sources