EN

"Xalq Sığorta" biznesi geriləyən şirkətlər siyahısında - 1 mln. manata yaxın itki

Bu ilin yanvar-avqust aylarında yığımları azalan 6 sığorta şirkətindən biri də "Xalq Sığorta" ASC-dir. 

Valyuta.az xəbər verir ki, şirkətin sığorta yığımlarının bu ilin ilk səkkiz ayında 14,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,4% və ya 807 min manat azdır. 

"Xalq Sığorta"nın 2024-cü ilin yanvar-avqust aylarında sığorta ödənişlərinin həcmini də kəskin azaldıb.  Bu dövrdə sığorta ödənişləri 8,6 milyon manat olub ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 48,1% və ya 8,1 milyon manat azdır. Ötən ilin yanvar-avqust aylarında sığorta şirkətinin ödənişləri 16,7 milyon manat təşkil edib.  

Sığorta şirkətinin ödənişlərin kəskin azalması onun zərərliliyini azaldıb. Ötən ilin ilk səkkiz ayında “Xalq Sığorta” 100 manat yığıma qarşı 111 manat ödəniş edibsə, bu il bu rəqəm 60 manata kimi azalıb.  

Qeyd edək ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə  aiddir

Pünhan

Chosen
15
3
valyuta.az

4Sources