AZ

“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb 

Bu ilin yanvar-avqust aylarında "Xalq Sığorta" ASC-nin sığorta yığımlarının həcmi 14,26 milyon manat təşkil edib.

“Yeni Sabah”ın hesablamasına görə, 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə “Xalq Sığorta”nın yığımları 5,4% yaxud da 807 min manat azalıb. 

"Xalq Sığorta"nın 2024-cü ilin yanvar-avqust aylarında sığorta ödənişlərinin həcmi isə 8,59 milyon manat olub ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 48,1% və ya 8,1 milyon manat azdır. Ötən ilin yanvar-avqust aylarında sığorta şirkətinin ödənişləri 16,66 milyon manat təşkil edib.  kapital bank vakansiya

Ödənişlərin kəskin azalması fonunda sığorta şirkətinin zərərliliyi 111%-dən 60%-ə enib. 

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.


Telegram kanalımız
Seçilən
27
3
yenisabah.az

4Mənbələr