EN

“Qarabağ” üçün mühüm gün

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək. 

Turnirdəki Azərbaycan təmsilçisi “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın start fiti saat 20:45-də səslənəcək.

İlk turdan sonra komandaların hər ikisi xalsızdır. Ağdam klubu ötən tur səfərdə “Tottenhem”ə (0:3), “Malmö” isə öz meydanında “Reyncers”ə uduzub (0:2). 

Yerli liqalara gəlincə, hazırda "Qarabağ" Azərbaycan çempionatında  (7 oyundan 18 xal), "Malmö" isə İsveç liqasında (25 matçdan 56 xalla) 1-ci yeri tutur.

Avropa Liqası, Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç)
Hakimlər:
 Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis 
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu

Chosen
9
15
herbiand.az

10Sources