EN

Tərtərdə 50 yaşlı kişi qətlə yetirildi: Saxlanılan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Yaşar Nadir oğlu Abdullayevin üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq, ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü İnqilab Ələsgər oğlu Qayıbov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Chosen
1
7
oxu.az

8Sources