AZ

Tovuzda 35 yaşlı şəxs bıçaqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tovuz rayon Xatınlı kənd sakini 35 yaşlı Şahməddin Cəfərov həmkəndlisi tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Elman Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Seçilən
10
7
oxu.az

8Mənbələr