EN

8 saat uçdular, amma heç yerə çata bilmədilər

İranın İsrailə raket hücumundan sonra bir çox aviaşirkətlər üçüş marşrutundan yayınaraq müxtəlif şəhərlərdə məcburi eniş edib. Avropa və Şimali Amerikadan Körfəz və Cənubi Asiyaya uçuşlar normal olaraq Türkiyənin cənub-şərqindən keçirək, İran və ya İraq üzərindən davam edir.

News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, İrandan İsrailə atılan raketlər səbəbindən İraq, İran və İordaniyanın hava məkanı bağlanıb.

Baş verən hadisələrə görə isə “Air France”-ın Parisdən Mumbaya gedən “AF218” reysinin sərnişinləri çıxılmaz vəziyyətə düşüblər.

Təyyarə səkkiz saatlıq uçuşdan sonra Parisə qayıtmalı olub.

Qeyd edək ki, “Airbus A350” dörd saatlıq gecikmə ilə Şarl de Qoll hava limanından havaya qalxıb. 

Teymur Məmmədov



Chosen
16
news24.az

1Sources