EN

ÜST yeni qlobal epidemiya riski barədə məlumat yayıb

“Marburq” virusu nə dərəcədə təhlükəlidir?..

Poliqon xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, dünya müalicəsi mümkün olmayan və elm adamlarına çox az məlum olan “Marburq” virusu epidemiyası ilə üz-üzədir.

Məlumatda qeyd edilir ki, təsdiqlənmiş yoluxma hallarının 70 faizindən çoxu Kiqalidəki iki tibb müəssisəsinin tibb işçiləridir.

Ruanda Səhiyyə Nazirliyi 30 rayondan 7-də yoluxma hallarını aşkarladıqdan sonra ölkədə ilk xəstəliyin yayıldığını təsdiqləyib.

ÜST mütəxəssisləri infeksiyada şübhəli bilinən bir nəfərin Ruandanı tərk etməsindən narahatdırlar və virusun mənşəyi və necə yayıldığı məlum deyil.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources