EN

“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı bəzi təfərrüatlar açıqlanıb

Bakı. Trend:

“Crocus City Hall”dakı terror aktı beynəlxalq xarakter daşıyırvə onun araşdırılması xüsusilə çətindir, çünki terroruntəşkilatçıları və onların əlaltıları xaricdə gizlənir.

Trend-inməlumatına görə, işin materiallarında belə ifadələr yer alıb. Qeydedilib ki, istintaq hadisənin faktiki hallarını və cinayətintörədilməsində iştirak edən digər şəxsləri müəyyən etmək üçünçoxsaylı istintaq və prosessual hərəkətlərin həyata keçirilməsinitələb edir.

Eyni zamanda, vurğulanıb ki, terror aktı ilə bağlı Rusiyabeynəlxalq hüquqi yardım üçün sorğular göndərib. Araşdırmaçərçivəsində xarici ölkələrdən hüquqi yardım da daxil olmaqla,müraciətlərə cavabların alınması zəruridir. Cinayət işi üzrəibtidai istintaqın müddəti 9 aya, yəni 2024-cü il dekabrın 22-dəkuzadılıb.

İşin materiallarına əsasən, müttəhimlərdən dördü beynəlxalqterror təşkilatı İŞİD-in “Vilayət Xorasan” qruplaşmasınınsilahlılarıdır.

Chosen
24
3
az.trend.az

4Sources