EN

44 günlük Vətən müharibəsinin xronikası: 3 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin xronikasını təqdim edir:

- Prezident İlham Əliyev Azərbaycan ordusunun Madagizdə (indikiSuqovuşan) Azərbaycan bayrağını qaldırdığını və Tərtər, Cəbrayıl və Füzulinin bir neçəkəndlərinin işğaldan azad olunduğunu açıqlayıb.

- Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasınınsiyahısını açıqlayıb. Düşmənin 230-dək tank və digər zirehlitexnikası,250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri,minaatan,38 ədəd hava hücumundan müdafiə vasitələri,10komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi,7 silah-sursatanbarı,130-dan artıq avtomobil texnikası,1 ədəd "S-300" zenit-raketkompleksi məhv edilib.

- Oktyabrın 3-ü gecə ərzində cəbhənin müxtəlif istiqamətlərindədüşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcızərbələr endirilib.

- Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitaçıqlanıb.

- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub.Tərtər şəhəri, rayonun Səhləabad,Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun AyaqQərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonununMuğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlukəndi intensiv artilleriya atəşinə tutulub.

- Baş prokurorluqdan bildirib ki,Sentyabrın27-dən etibarən erməni silahlı bölmələri tərəfindən yaşayışməntəqələrimiz atəşə tutması nəticəsində 14 nəfər kişi, 3 nəfərqadın, 2 nəfər isə azyaşlı həlak olub.

- Müdafiə Nazirliyi düşmənin döyüş vasitələrinin darmadağın edilməsi görüntülərini yayıb.

- Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdənvideogörüntülər yayıb.

- Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini evlərinineyvanlarında qeyd ediblər.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources