EN

Piyadanı maşın vurub öldürdü

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, saat 18:40 radələrində Maştağa şosesi ərazisindən piyadanın vurulması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən təxminən 65-70 yaşlarında (qadın cinsli) şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.

Chosen
17
3
unikal.az

4Sources