EN

Bakıda ağır qəza - Ölən var

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Manset.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, saat 18:40 radələrində Maştağa şosesi ərazisindən piyadanın vurulması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən təxminən 65-70 yaşlarında (qadın cinsli) şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.

Chosen
16
2
manset.az

6Sources