EN

Vətən müharibəsi qazisi Nicat Cəlilov xəstəxanaya yerləşdirilib - FOTO

"44 günlük Vətən müharibəsi iştirakçısı, qəhrəman qazi qardaşımız Nicat Cəlilovun səhəti pisləşib, xəstəxanaya yerləşdirilib".

Qaziler.az xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu feysbukda paylaşım edib. 

"Həkimlərin ciddi səyi nəticəsində təhlükə arxada qalıb. Allah şəfa versin. TƏBİB rəhbərliyi, Nizami Tibb Mərkəzinin həkimləri sağ olsun", - deyə Rey Kərimoğlu yazıb. 

O, vurğulayıb ki, Nicat Vətən müharibəsində düşmənin atdığı mərminin partlaması nəticəsində ağır travma alıb. 

Rey Kərimoğlu həmçinin vurğulayıb ki, Nicat Cəlilovun atası Kərim Cəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycanda ordunun yaradılmasında iştirak edənlərdən biri olub. Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şirin Mirzəyevin batalyonunda onunla birlikdə döyüşmüş və Ağdama gələrkən ətrafına topladığı iki nəfərdən biri olmuşdur 

QAZİLER.AZ

 

Chosen
10
qaziler.az

1Sources