EN

Yeni piyada keçidi ilə bağlı yol hərəkəti qismən məhdudlaşdırılacaq - AAYDA

Fins.az xəbər verir ki, Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 3 oktyabr saat 23:00-dan 4 oktyabr 06:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
 

Zemfira Ms
Fins.az

 

Chosen
10
32
fins.az

10Sources