AZ

Bakı Olimpiya Stadionu ərazisində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq oktyabrın 3-ü saat 23:00-dan oktyabrın 4-ü 06:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu zaman yol bağlanmır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Seçilən
3
32
azertag.az

10Mənbələr