EN

Azərbaycan İnnovasiya Mərkəzinin əsas məqsədləri açıqlanıb

İnnovasiya Mərkəzi Azərbaycanın regional biznes və innovasiya mərkəzi kimi mövqeyini gücləndirməyi hədəfləyir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycandakı ilk innovasiya mərkəzinin rəhbəri Elvin Hacıyev bu strukturun açılışı zamanı bildirib.

"Bu məqsədə nail olmaq üçün texnologiya sahibkarlarını, tədqiqatçıları, investorları və innovatorları bir araya gətirmək, qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsi üçün əlverişli şərait yaratmaq planlaşdırılır", - o qeyd edib.

Elvin Hacıyev əlavə edib ki, innovasiya mərkəzi yeni ideyaların inkişafını və innovasiyaların praktik fəaliyyətə tətbiqini dəstəkləməyə çalışır.

"Bu, startapların yaradılmasına yardım etməyi, elmi tədqiqatlar aparmağı, yeni inkişafların kommersiyalaşdırılmasını və dövlət strukturları, universitetlər və özəl sektorla sıx əməkdaşlığı əhatə edir. Bu, innovasiyaların yalnız bir fikir kimi qalmaması üçün, eyni zamanda, ölkənin və regionun iqtisadiyyatına təsir edə bilən real məhsul olması üçün ekosistem yaratmağa imkan verəcək", - o bildirib.

Chosen
6
1
ikisahil.az

2Sources