EN

"OPEC+" neft hasilatını kompensasiya etmək üçün cədvələ düzəliş edə bilər

"OPEC+" neft hasilatının həddindən artıq istehsalını kompensasiya etmək üçün cədvələ düzəliş edə bilər.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Hazırkı cədvələ əsasən, İraq neft hasilatının sutkada 1,44 milyon, Qazaxıstan 699 min barel, Rusiya isə sutkada 480 min barel azaldılmasını kompensasiya etməli olacaq. Kompensasiya müddəti 2025-ci ilin sentyabr ayına qədər davam edəcək.

Qeyd edək ki, "OPEC+" Monitorinq Komitəsinin hazırda videokonfrans vasitəsilə iclası keçirilir.

Bütün "OPEC+" razılaşmalarına uyğun olaraq neft hasilatını azaltmayan ölkələr arasında İraq, Qazaxıstan və Rusiya var.

 

Gözəl Həşimova

Chosen
29
iqtisadiyyat.az

1Sources