EN

Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ

 
Demensiya və Altsheymer xəstəliyinin inkişaf etməsindən qorunmaq üçün təxəyyülü işə salmaq, hafizəni məşq etdirmək və hər gün yüngül fiziki hərəkətlər icra etmək lazımdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
 
Beynimizin fəal işləməsi üçün onu məşq etdirmək lazımdır. Neyrobioloqların bu sadə məsləhətlərinə əməl etsək, beynin qocalıqla bağlı xəstəliklərdən yan keçmək və ahıl yaşınadək aydın zəka və  yaxşı hafizəni qoruyub saxlamaq olar.
 
Bütün həyatı boyunca beynimizi lazımi vəziyyətdə saxlamağa kömək edən hansı məsləhətlər verilir?
 
Kitablar oxuyun
 
Alimlər bədii ədəbiyyatı oxumağı tövsiyə edir, çünki bu, bizim təxəyyülümüzü fəal işləməyə vadar edir. Belə kitablar hafizənin böyük məşqini tələb edir, qəhrəmanların adlarını, çoxsaylı detalları və onlarla süjet xəttini yadda saxlamaq lazımdır. Həkimlər deyir ki, Altsheymer xəstəliyi və demensiyadan əziyyət çəkən insanlar praktiki olaraq heç vaxt kitab oxumayıb.
 
Sərgi və muzeyləri ziyarət edin
 
İncəsənət əsərləri həmçinin bizim hafizəmizi yaxşı məşq etdirir. Axı detalları, üslubları və bədii istiqamətləri, müəllifləri, şəkilləri və heykəlləri müqayisə etmək gərəkdir. Sonra isə gördüklərimizi dostlarımız və tanışlarımızla bölüşmək üçün incəsənət əsərlərini beynimizdə ən xırda detallarınadək canlandırmaq lazımdır. 
 
Düzgün qidalanma
 
Orqanizmin bütün sistemləri kimi, beynimizə də tərkibində vitaminlər və digər qida maddələri olan qidalanma lazımdır. Ona görə də öz gündəlik qida rasionumuza baş beyinin işinin yaxşılaşdırılması üçün məhsullar əlavə edilməlidir. Bu məhsullara giləmeyvə, paxla, meyvə-tərəvəz, bitki və heyvan mənşəli zülali qida, qoz, zeytun yağı, qırmızı balıq, avokado, turşsüd məhsulları və şokolad aiddir.
 
Gündüz yuxusu
 
Amerika alimləri sübut edib ki, 30 dəqiqədən saatyarımadək gündüz yuxusu hafizənin yaxşılaşmasına kömək edir. Əgər pis və ya az yatmısınızsa, gündüz yuxusu həmçinin gecə yuxusunu kompensasiya edə bilər, bu da beynin məhsuldarlığına səbəb olacaq. Həkimlər əmindir ki, bəzən hətta 15 dəqiqəlik gündüz yuxusu gecə yuxusuzluğundan sonra sizi daga gümrah edəcək.
 
Fiziki hərəkətlər
 
Alimlər 83 min könüllünün iştirak etdiyi tədqiqat aparıb. Bu təcrübə göstərib ki, fiziki hərəkətlərlə məşğul olanlarda beynin qocalıqla bağlı xəstəliklər riskinin inkişafı aşağı düşür. Sadə fəal məşğələlər-gəzinti, rəqslər, üzgüçülük, səhər gimnastikası baş beyinin işinin fəallığına və hafizənin yaxşılaşmasına müsbət təsir edir.
Chosen
35
moderator.az

1Sources