EN

Deputat: “Ermənistan tərəfi törətdiyi vəhşiliklərə görə mütləq Azərbaycandan üzr istəməlidir”

“Ermənistan tərəfi törətdiyi vəhşiliklərə görə mütləq Azərbaycandan üzr istəməlidir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, bu gün Azərbaycanın hələ də ikili standartlarla və ədalətsizliklə üz-üzə qaldığını söyləyib. Azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardan söz açan deputat bildirib ki, ekshumasiya işləri zamanı azərbaycanlıların necə dəhşətli və ağır işgəncələrlə qətlə yetirildiyi üzə çıxır:

“Reallıq ondan ibarətdir ki, Ermənistan 10 min kvadratkilometr ərazimizi dağıdıb, minlərlə Azərbaycan vətəndaşını qətlə yetirib, məscidlərimizi, tarixi abidələrimizi və qəbristanlıqlarımızı məhv edib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə biz davamlı olaraq kütləvi məzarlıqların aşkarlandığının şahidi oluruq. Yəni bu gün açıq-aydın bu tendensiyanı müşahidə edirik. Bunun ən diqqətçəkən və narahatedici tərəfi odur ki, bu gün bu məsələ ilə bağlı heç bir ədalətli yanaşmanı və cəhdi görmürük. Azərbaycana qarşı təhdidlər səsləndirən, Azərbaycanı guya Qarabağda yaşayan ermənilərə qarşı nələrdəsə ittiham etməyə çalışan Ermənistan, Qərb və onun dairələri ermənilərin törətdiyi bu faciələrə heç bir reaksiya vermirlər. Biz həmin dairələr tərəfindən bununla bağlı heç bir addımın atılmadığını açıq-aydın görürük”.

Deputat hesab edir ki, Ermənistan tərəfi törətdiyi bu vəhşiliklərə görə mütləq şəkildə Azərbaycandan üzr istəməlidir: “Biz hələ də öldüyü güman edilən o insanların hamısının qəbirlərini tapıb aşkara çıxara bilmirik. Təəssüflər olsun ki, bu gün də ermənilərin vəhşiliyi və barbarlığı davam edir. Ermənistan sanki heç nə olmamış kimi özünü aparır. Ona görə də mütləq bu məsələdə Ermənistan Azərbaycandan üzr istəməli və həmin kütləvi məzarlıqlarla bağlı mütləq Azərbaycana məlumat verməlidir. Hesab edirəm ki, Azərbaycana qarşı hansısa iddia səsləndirən dövlətlər bunu Ermənistandan tələb etməlidirlər”.

C.Bayramov həmçinin işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, eləcə də həmin ərazilərə böyük qayıdış prosesindən danışıb. Deputat bildirib ki, bu gün Azərbaycan xalqı öz tarixinin qürurlu və şərəfli günlərini yaşamağa davam edir: “Bu gün, həqiqətən də, işğaldan azad edilmiş əksər rayonlara, eyni zamanda Cəbrayıla da insanların köçünün həyata keçrildiyini görürük. Hesab edirəm ki, bu çox önəmli bir məsələdir. Bu həm də Azərbaycanın gücünü, Azərbaycan dövlətinin bu məsələdə nə qədər prinsipial, qətiyyətli olduğunu açıq-aydın göstərir. Azərbaycanın bu ərazilərdə bütün işləri məhz özünün həyata keçirməsi dövlətimizin gücünün və bu istiqamətdə fəaliyyətinin göstəricisidir”.

 

Sadiq Cavadov

Chosen
13
iqtisadiyyat.az

1Sources