EN

Metrodakı qatarların istismar müddəti nə vaxt bitəcək? – RƏSMİ AÇIQLAMA

Metropolitenə məxsus qatarlardan birinin ististmar müddətinin bitməsi səbəbilə xətdən çıxarılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu il Bakı metrosunda 1 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb və bu səbəbdən hazırda xətdə olan qatarların sayı 60-dır. Bununla yanaşı xəttə olan qatarların bir çoxunun istismar müddəti 2042-ci ildə başa çatır.

Qatarların müddətinin hələ 18 il sonra başa çatması məsələsi sosial şəbəkələrdə istifadəçilərin narazılığına səbəb olub. İndidən nasazlıqlar yaranan qatarların hələ 18 il istifadədədə qalması vətəndaşlar tərəfindən mənfi fikirlərin bildirilməsilə nəticələnib.

Mövzu ilə əlaqədar Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Saytımıza açıqlamasında mətbuat katibi qeyd etdi ki, xətdəki qatarların istismar müddəti bir-birindən fərqlənir:

“Ümumilikdə istifadəyə verilən qatarların istismar müddəti belə fərqlidir. Köhnə nəsil qatarlar 31 il, yeni nəsil 30 il müddətində istismar edilə bilər. Ötən il xəttə buraxılan qatarlar da var. Lakin hazırda 1 qatarın istismar müddəti bitib. 5 vaqonla bağlı artıq sənədləşdirmə işləri görülür və xətdən çıxarılıb. 31, yaxud 30 illik istismar müddəti bitməyən qatar silinməyə verilə bilməz”.

Bəxtiyar Məmmədov sonda onu da qeyd elədi ki, xətdəki digər qatarlarla bağlı texniki komissiya qərar verəcək.

Səfər

Chosen
6
avtosfer.az

1Sources