EN

“Barselona” yeni qapıçısı Voyçex Şesnı ilə müqavilə bağlayıb

İspaniyanın “Barselona” klubu Voyçex Şesnıyı heyətinə qatdığını açıqlayıb.

APA xəbər verir ki, klub 34 yaşlı qapıçı ilə 2025-ci ilin 30 iyununa qədər bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, polşalı qapıçı mövsümün sonunda karyerasını başa vurduğunu açıqlamışdı.

Lakin “Barselona” futbol komandasının qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən uzun müddətə sıradan çıxandan sonra kataloniya klubu Voyçex Şesnıya təklif göndərmişdi.

Əlavə edək ki, Voyçex Şesnı müxtəlif komandaların qapısını qoruyub, 2017-2024-cü illər arasında "Yuventus"da çıxış edib.

Chosen
7
apa.az

1Sources