EN

İtkin düşənlərlə bağlı 11200-dən artıq bioloji nümunə götürülüb

Bakı.Trend:

İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün ölkəmizin 63bölgəsindən 11200-dən artıq bioloji nümunə götürülüb.

Trend xəbər verir ki, bunuBakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqətibilmək” hüququnun dəstəklənməsi mövzusunda keçirilən beynəlxalqkonfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi XidmətininHərbi-Tibb Baş İdarəsinin rəhbəri, general-mayor Rüfət Əliyevdeyib.

Onun sözlərinə görə, toplanan materiallar əsasında DNT məlumatbazası formalaşdırılıb.

“Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimiqeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterrortədbirlərindən sonra aparılan tikinti işləri və DövlətKomissiyasının apardığı qazıntılar nəticəsində kütləvi məzarlıqlaraşkar edilib”, - deyə general qeyd edib.

Chosen
9
2
az.trend.az

3Sources