AZ

İtkin düşənlərlə bağlı 11200-dən artıq bioloji nümunə götürülüb

İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün ölkəmizin 63 bölgəsindən 11200-dən artıq bioloji nümunə götürülüb.

Day.Az xəbər verir ki, bunu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəhbəri, general-mayor Rüfət Əliyev deyib.

Onun sözlərinə görə, toplanan materiallar əsasında DNT məlumat bazası formalaşdırılıb.

"Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra aparılan tikinti işləri və Dövlət Komissiyasının apardığı qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib", - deyə general qeyd edib.

Seçilən
1
2
day.az

3Mənbələr