EN

Tofiq Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edildi - SƏRƏNCAM

Bakı, TurkicWorld

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda" medalından məhrum edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək imzalanıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Chosen
7
7
turkic.world

10Sources