EN

"Fənərbaxça"nın sabiq baş məşqçisi Super Liqaya qayıdır

"Fənərbaxça"nın sabiq baş məşqçisi İsmail Kartal Super Liqaya qayıdır.

Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, "Kayserispor" 63 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirəcək. Tərəflər arasında ilkin danışıqların olduğu və razılıq əldə olunduğu bildirilir.

"Beşiktaş"a 0:3 hesablı məğlubiyyətdən sonra "Kayserispor"un baş məşqçisi Burak Yılmaz istefa verib.

Qeyd edək ki, ismail Kartal ötən mövsüm "Fənərbaxçanı çalışdırıb. Komanda onun rəhbərliyi altında Super Liqada 99 xal toplayıb və mövsümü ikinci pillədə başa vurub.

saytlarin hazirlanmasi

Chosen
27
sportal.az

1Sources