EN

HB Güven Klinik bu dərmanı reseptə yazdığına görə cərimələndi

"HB Güven Klinik" MMC dərman vasitələri haqqında qanunvericiliyi pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 221.9-cu (Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Amma cərimənin məbləği açıqlanmayıb.

 

Chosen
32
iqtisadiyyat.az

1Sources