EN

“Qərb mediası Azərbaycana qarşı qərəzli kampaniya aparır” - Aqil Ələsgərin ATƏT-də növbəti çıxışı - FOTO

“Müstəqilliyimizin ilk illərində bizdə qərb demokratiyasına, qərb media quruluşlarının obyektivliyinə inamımız vardı”.

Referans.az Yenicag.az-a istinadənxəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısının “Fundamental azadlıqlar və media” sessiyasında çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.


“Çox təəssüf ki, zaman keçdikcə, Qərbin örnək hesab etdiyimiz demokratik
mediasının öz dəyərlərinə belə sayğısızlıq göstərdiyi, ölkəmizlə bağlı yayımladıqları xəbər və ya materiallarda obyektivliyi müəyyən maraqların arxa planına keçirməsinin şahidi olduq. Xüsusilə II Qarabağ savaşı və sonrasında Qərb mediasının baş verənlərə ikili standartlar əsasında yanaşması özünü daha qabarıq göstərdi. Acınacaqlı haldır ki, Qərb mediasında Azərbaycan əleyhinə bu zəmində aparılan
kampaniya davam etməkdədir. Biz bundan ciddi təəssüf hissi keçiririk” – deyə o, bildirib.


Chosen
2
8
referans.az

10Sources