EN

Milli iqlim planlarının hazırlanmasında gəncləri dinləmək vacibdir - Leyla Həsənova

Bakı. Trend:

Milli iqlim planlarının hazırlanmasında gəncləri dinləmək çoxvacibdir.

Trend xəbər verir ki, bubarədə COP29-un gənclər iqlim çempionu Leyla Həsənova ADAUniversitetində keçirilən Bakı İqlim Həftəsi çərçivəsində "Uşaqlarvə iqlim dəyişikliyi məsələləri üzrə yüksək səviyyəli ekspertlərinmilli dialoqu" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi artıq uzaq bir təhlükədeyil. Azərbaycanda temperatur artımı və su qıtlığının artmasımüşahidə olunur.

"Bu, bizim sağlamlığımıza və rifahımıza birbaşa təsir etməyəbaşlayır və təəssüf ki, gələcəkdə daha ciddi nəticələr ola bilər.Gənc və gələcək nəsillər bu problemin yaranmasına ən az töhfəvermiş olsalar da, ən yüksək qiyməti ödəmək məcburiyyətindəqalacaqlar", - o bildirib.

L.Həsənova vurğulayıb ki, COP29-un sədri yalnız bu il deyil, həmdə COP29-dan sonrakı dövrdə uşaqlar və gənclər üçün inklüzivnəticələr əldə etməyin vacibliyini qəbul edir.

"Dünyada hökumətlər növbəti nəsil milli iqlim planlarınıhazırlayarkən, gənclərin səslərini dinləmək vacibdir. Bizimbaxışlarımız, innovasiyalarımız və qətiyyətimiz ambisiyalı vəeffektiv iqlim strategiyalarının formalaşmasında əsas rol oynayırvə bu strategiyalar bizim, uşaqlarımızın ehtiyaclarını vəprioritetlərini əks etdirir", - o əlavə edib.

Chosen
18
az.trend.az

1Sources