EN

Xabi Alonso: “ÇL-də səbr etməyi bacarmaq gərəkdir”

“Bayer”in baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turunda “Milan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Almaniya çempionu İtaliya təmsilçisi ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.

İspan mütəxəssisin bu qələbə barədə fikrini təqdim edirik:

“Milan” bizə ciddi mübarizə sırıdı, ilk 60 dəqiqə çox yaxşı keçdi. Oyunun sonunda şənbə günü keçirdiyimiz oyunun mənzərəsində çox yorğunluq üzərimizə çökdü, amma biz ruh və xasiyyət nümayiş etdirdik. Çempionlar Liqasında səbrlə dözməyi, mübarizə aparmağı, komanda ruhunu nümayiş etdirməyi bacarmalısan. Bu, bizim üçün mühüm addımdır. Fizikamız çatışmırdı, amma bugünkü oyundan və çıxışımızdan razıyam”, deyə Xabi Alonso vurğulayıb.

2 turdan sonra “Bayer” Çempionlar Liqası ümumi mərhələsinin yarış cədvəlində 6 xalla 3-cü pillədə qərarlaşıb. Xalsız “Milan” isə adına-sanına yaraşmayan 29-cu pillədə, autayderlər arasında yer alıb.

Chosen
24
arena.az

1Sources