EN

Bərdədə evə ildırım düşdü, külli miqdarda ziyan dəydi (FOTO)

Bərdə. Trend:

Bərdədə evə ildırım düşüb.

Trendxəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb.

Belə ki, Vəliyevlər ailəsinin evinə düşən ildırım nəticəsindəzərərçəkən olmasa da onlara külli miqdarda ziyan dəyib.

Ailə üzvləri bildirir ki, təbiət hadisəsi baş verən zamanVəliyevlər ailəsi yatılı olub. İldırım evin mətbəx hissəsinədüşüb.

Evin dam örtüyünə düşən ildırım, elektrik naqilləri vasitəsi iləbütün elektirik avadanlıqlarının da sıradan çıxmasına səbəbolub.

Ailə başçısı rayon rəsmilərinin evə baxış keçirdiyini və dəymişziyanı qeydə aldığını da bildirib.

Qeyd edək ki, evdə elektrik sistemi və bütün elektron məişətavadanlıqları sıradan çıxıb. Bundan başqa yerli sakinlərinməlumatına görə kənddə bir sıra evlərdə də elektron cihazlara ziyandəyib.

Bərdədə
Bərdədə
Chosen
37
5
az.trend.az

5Sources