AZ

Bərdədə evə ildırım DÜŞDÜ

Bərdədə evə ildırım düşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. 

Vəliyevlər ailəsinin evinə düşən ildırım nəticəsində zərərçəkən olmasa da, onlara külli miqdarda ziyan dəyib. Ev sahibinin sözlərinə görə, hadisə baş verən zaman Vəliyevlər ailəsi oyaq olmayıb. 

İldırım evin mətbəx hissəsinə düşüb. Nəticədə dam örtüyünə ziyan dəyib, elektrik naqilləri vasitəsi ilə bütün elektrik avadanlıqları sıradan çıxıb. Sakinlərin verdiyi məlumata görə, təbiət hadisəsi nəticəsində kənddə bəzi evlərdə də elektron cihazlara zərər dəyib. 

Bizim.Media

Seçilən
35
8
bizim.media

10Mənbələr