EN

"Dəmir Qübbə" nədir? - Necə işləyir? (VİDEO)

2000-ci illərin əvvəllərində Hizbullah və HƏMAS hücumlarının intensiv olduğu bir dövrdə təməli qoyulan "Dəmir Qübbə"nin necə işlədiyi oktyabrın 1-dən 2-nə keçən gecə İranın İsrailə raket hücumu etməsindən sonra yenidən gündəm mövzusuna çevrilib.   Manset.az xəbər verir ki, "Dəmir Qübbə" Qəzza və İordan çayının qərb sahilindən gələ biləcək raketlərə və ya digər hava hücumlarına qarşı İsrail tərəfindən yaradılmış qabaqcıl hava hücumundan müdafiə sistemidir. İsrail HƏMAS və digər müqavimət qrupları tərəfindən atılan raketlərin vurduğu zərər və insan itkilərini minimuma endirmək üçün bu sistemi 2011-ci ildə tamamlayıb istifadəyə verib. Bəs Dəmir Qübbə necə işləyir? "Dəmir Qübbə" radar və sensorlar vasitəsilə düşmən raketlərini və hava hədəflərini aşkar edir. Sistem hədəfin mümkün təhlükəsini qiymətləndirir. Əgər raketin bir yaşayış məntəqəsinə, strateji obyektə və ya insanlara ziyan vurma ehtimalı varsa, müdafiə sisteminin aktivləşdirilməsi baş verir. "Dəmir Qübbə"nin batareyası radar, komanda-idarəetmə mərkəzindən və hər birində 20 tutucu raketi olan 3 buraxılış meydançasından ibarətdir. Onun istehsalçısı bildirir ki, Dəmir Günbəz 10 raketdən 8-ni məhv edə bilir. Dəmir Onun iş prinsipi aşağıdakı mərhələlərdən ibarətdir: Aşkar etmə: "Dəmir Qübbə" radar və sensorlar vasitəsilə düşmən raketlərini və hava hədəflərini aşkar edir. İzləmə: Aşkar edilmiş hədəflər izlənilir və onların uçuş trayektoriyası təhlil olunur. Hədəfləmə: Sistem, hədəfin mümkün təhlükəsini qiymətləndirir. Əgər raketin bir yaşayış məntəqəsinə, strateji obyektə və ya insanlara ziyan vurma ehtimalı varsa, müdafiə sisteminin aktivləşdirilməsi baş verir. Atış: "Dəmir Qübbə" hədəfə doğru raketləri atır. Bu raketlər düşmən raketini havada məhv etmək üçün dizayn edilmişdir. Məhv etmə: Atılan raketlər düşmən raketini havada partladaraq zərərsizləşdirir. Qeyd edək ki, "Dəmir Qübbə" "Rafael Advanced Defense Systems" şirkəti tərəfindən istehsal olunmuşdur.  

 

Chosen
490
3
manset.az

4Sources