EN

Çijikov: “Azərbaycanın Ukrayna ilə illik ticarət dövriyyəsinin dəyəri 500 milyon dolları ötə bilər”

Ukrayna bu ilin sonuna kimi Azərbaycanla ticarət dövriyyəsinin həcminin 500 milyon ABŞ dollarından çox artacağını gözləyir.

Bunu "Report"a müsahibəsində Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib.

“Bizim tarixən yaxşı əlaqələrimiz, hər şeydən əvvəl ticari-iqtisadi əlaqələrimiz formalaşıb. Vaxtilə ticarət dövriyyəsi demək olar ki, bir milyard ABŞ dollarına çatırdı, hətta daha çox idi. Müharibə başladıqdan sonra şərtlərin dəyişməsi ilə ilk illərdə, ondan əvvəlki və ötən il ticarət dövriyyəsinin həcmi azalıb”, - o qeyd edib.

G.Çijikov bildirib ki, 2023-cü ildə qarşılıqlı ticarət göstəricilərində artım qeydə alınıb.

“8 ay ərzində ticarət dövriyyəsi, səhv etmirəmsə, 315 milyon ABŞ dolları, ötən ilin sonunda təxminən 471 milyon ABŞ dolları səviyyəsində olub. Bu il bu göstərici 500 milyon ABŞ dolları səviyyəsində və hətta daha çox olacaq”, - o əlavə edib.

Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti qeyd edib ki, iki ölkənin hökumətləri və səfirlikləri ticarət əlaqələrinin inkişafına böyük töhfə verir.

“Azərbaycanda KOBİA, AZPROMO, Ukraynada isə Ticarət və Sənaye Palatası kimi biznesə dəstək institutları var. Onlar əlaqələrin qurulmasına töhfə verir”, - G.Çijikov vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Chosen
14
47
sam.az

10Sources