EN

"Flydubai" İran, İraq, İsrail və İordaniyaya uçuşları ləğv etdi

Dubayda yerləşən "Flydubai" aviaşirkəti İranın İsrailə raket hücumundan sonra tətbiq etdiyi uçuş məhdudiyyətləri səbəbindən oktyabrın 2 və 3-də İran, İraq, İsrail və İordaniyaya planlaşdırılan reysləri ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı TASS-a aviaşirkətin nümayəndəsi məlumat verib.

Qeyd edilib ki, aviaşirkət vəziyyəti yaxından izləyəcək və cədvəldə müvafiq dəyişikliklər edəcək.

 

Gözəl Həşimova

Chosen
13
iqtisadiyyat.az

1Sources