"Qarabağ" müdafiəçisi Mateus Silvanın durumu bəlli olub.
Publika.az xəbər verir ki, brazilyalı futbolçu 3 oyunda meydana çıxa bilməyəcək. Bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, yarımmüdafiəçi Marko Yanukoviçin durumunun da qeyri-müəyyən olduğunu bildirib.
"Mateus Silvanın zədəsi var. Yəqin ki, 3 oyunda meydana çıxmayacaq. Yankoviçin durumu isə hələlik tam bilinmir. İnanırıq ki, yaxın vaxtda onun xidmətindən yararlana biləcəyik".