EN

Əhalinin neçə faizi ictimai təhlükəsizliyin təmin olunmasında polisin fəaliyyətindən razıdır?- SORĞU

Ölkə əhalisinin 72.4%-i  ictimai təhlükəsizliyin təmin olunmasında polisin fəaliyyətindən razıdır.

News365.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması sahəsində polisin fəaliyyətinə vətəndaşların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirib. Ümumi nəticələr cəmiyyətin polisin işinə olan etimadının və ictimai təhlükəsizliyə dair gözləntilərinin yüksək olduğunu göstərir.

“Polisin ictimai təhlükəsizliyin təmin olunması sahəsində fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına cavab olaraq, respondentlərin 72.4%-i “müsbət”, 21.1%-i “neytral” (nə müsbət, nə də mənfi), 5.7%-i “mənfi” cavabını verib. Sorğu iştirakçılarının 0.8%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Nəticələri gender aspektindən təhlil etdikdə, sorğu iştirakçıları arasında kişilərin 76.6%-i, qadınların isə 67.9%-i polisin fəaliyyətini müsbət qiymətləndirib.

News365.az

Chosen
4
3
news365.az

6Sources