EN

Ukrayna Silahlı Qüvvələrinə məxsus 32 PUA vurulub

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Fransa istehsalı olan “Hammer” idarəolunan bombanı, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus 32 pilotsuz təyyarəni vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hava hücumundan müdafiə sistemi Fransa istehsalı olan “Hammer” idarəolunan bombanı və Ukraynaya məxsus 32 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Ümumilikdə, xüsusi əməliyyat başlayandan Müdafiə Nazirliyi əlavə edib ki, 646 təyyarə, 283 helikopter, 32 590 pilotsuz uçuş aparatı, 579 zenit-raket kompleksi, 18 471 tank və digər zirehli döyüş texnikası, 1 469 reaktiv yaylım atəşli döyüş maşını sistemləri, 15 463 səhra artilleriya silahı və minaatan və 26 794 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Chosen
13
ucnoqta.az

1Sources