EN

Azərbaycanda son günlər yayılan virus nədir? - RƏYLƏR

Son günlər Azərbaycanda COVID-19-a bənzər yeni virus növü yayılıb.

Belə ki, bu virus adətən sümük ağrısı ilə müşahidə olunur və davamlı olaraq dərman tələb edir. Məhz bu infeksiya tam olaraq nə qripin, nə də COVID-19-un əlamətlərini daşımadığı üçün yeni virus olduğu düşünülür. 

Maraqlıdır, bu yeni bir virusdumu, yoxsa mövsümüdürmü? 

Ümumiyyətlə, qripin əlamətlərindən yalnız boğaz ağrısını daşıyan və daha çox sümük ağrısı ilə müşahidə olunan virus növü varmı?

"Cebheinfo.az"-a açıqlamasında terapevt Rasif Bağırov bildirib ki, bu həm yeni virus, həm də koronavirusun növlərindən biri ola bilər:

"Bizdə konkret olaraq metroloji laboratoriyalar bu haqda heç bir məlumat verməyib. Ümumiyyətlə, bu sahə bizdə zəif istiqamətdə fəaliyyət göstərir, əhalini kifayət qədər məlumatlandırmırlar.

Əlbəttə ki, son günlər yayılan virus nə olduğunu araşdırıb tapmaq olar. Bəzi hallarda “Omikron”un mutasiya variantına rast gəlinir.

Bu tip xəstəliklər müalicə  kursu tətbiq olunmadan sağalmır və 3-4 ayadək uzana bilir. Bu da orqanizmdə hansısa fəsad yarada bilir. Tədqiqat işləri aparılmalıdır ki, onlar dəqiqləşdirilsin. 

Bu infeksiya COVID-19 virusunun yeni variantlarından biri də ola bilər".

İnfeksionist Mərdan Əliyev isə sümük ağrılarının bütün viruslarda ola biləcəyini deyib:

"Sümük ağrısı orqanizmin reaksiyasıdır. Bu ağrı bütün viruslarda müşahidə oluna bilər. Həm qrip, həm də COVID-19 və onun mutasiyalarında bu hala rast gəlinirdi. Ona görə də istənilən virus növündə sümük ağrıları görülür".

Chosen
14
cebheinfo.az

1Sources